Kullanıcı Adı:  
Şifre:     
Kayıt Ol Yardım Üye Listesi Takvim Yeni Mesajlara Bak Bugünkü Mesajlara Bak Arama


Konu Bilgileri
Konu Başlığı
Atatürk'ün Hayatı (Azerice)
Konudaki Cevap Sayısı
0
Sonraki
Sonraki Konu
Konuyu Açan Kişi
yetişbey
Görüntülenme Sayısı
76
Önceki
Önceki Konu

Etiketler: Atatürkün, Hayatı, Azerice,
Mesaj önizleme  Konuyu Gönder 
 
Konuyu Değerlendir
  • 0 Oy - 0 Ortalama
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Atatürk'ün Hayatı (Azerice)
yetişbey Çevrimdışı
Yönetici
******


Yönetici
DikkatSanal alemdeki gerçek adres...

Üye Bilgileri

Üye no: 713
Katılım Tarihi : Apr 2009
Rütbe : Yönetici
Nereden :
Mesaj Sayısı : 2,231
Ruh Halim :Sert

yetişbey is Çevrimdışı
Rep Puanı :1
Rep Grafiği :1


Mesajlaşma Bilgileri :

PM (özel mesaj) göderMSN araciligi ile mesaj yollaYahoo araciligi ile mesaj yollaICQ araciligi ile mesaj yollaAIM araciligi ile mesaj yolla




Teşekkürler: 913
709 mesajda,860 tşk. aldın.


Yaşam Gücü 100
Saldırı: 500
Savunma:  500
Seviye: 45

SD Para: SD4,613,113.80



Mesaj: #1
Atatürk'ün Hayatı (Azerice)

Mustafa Kamal Atatürk

Mustafa Kemal Atatürk (Türkcə: Mustafa Kemal Atatürk), Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikası və Kamalizmin qurucusu və Türkiyənin ilk Prezidenti.

Həyatı

1881 - 1912

Mustafa Kamal Atatürk, 1881 (مصطفی کمال آتاتورک) -ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulmuşdur. Atası Əli Rza Əfəndi, anası isə Zibeydə Xanım idi. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşgul olmuş Əli Rza Əfəndi, 1871-ildə Zübeydə xanımla evlənmişdir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (atabir) 1956-cı ilə qədər yaşamışdır.

Mustafa əvvəl Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başlamış, sonra atasının istəyi ilə Şəmsi Əfəndi Məktəbinə keçmişdir. Bu müddətdə atasını itirmişdir (1888). Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlamışdır. 1893-cü ildə hərbi məktəbə daxil olmuş, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına "Kamal" ı əlavə etmişdir. 1896-1899-ci illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbində təhsilə başlamışdır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il, 11 Yanvar-da kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il, 19 Apreldə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi Manevralarında iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlamışdır.

1911 - 1919

1911-12 Türk-İtalyan Müharibəsində Mustafa Kamal bir grup yoldaşıyla birliktə Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 1911-ci il, 22 Dekabrda italiyanlara qarşı Tobruk Döyüşündə qalib gəlmişdir. 1912-ci il, 6 Martda Dərnə Komendantı təyin olunmuşdur.

1912-ci ilin Oktyabrında Balkan Müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak etmişdir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olmuşdur. 1913-cü ildə Sofiya Hərbi Ateşeliyinə təyin olunmuş, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Hərbi Ateşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatmışdır. Bu müddət ərzində I Dünya Müharibəsi başlamış, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərildmişdir.

1914-cü ildə başlayan I Dünya Müharibəsində, Mustafa Kamal Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərmişdir. Çanaqqala Döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkrdə vəzifə almış, 1 Aprel 1916-cı ildə general-mayor rütbəsinə yüksəlmişdir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin etmişdir. 15 Avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilmiş, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafia təşkil etmişdir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra, 31 Oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilmiş, bu ordunun ləğvedilməsindən sonra isə 13 Noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlamışdır.

1919 - 1923

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna getmişdir. 23 İyul-7 Avqust 1919 tarixləri arasında Ərzurum, 4-11 Sentyabr 1919 tarixleri arasında da Sivas Kongresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən etmişdir. Dekabr 1919-cu ildə Ankarada həyəcanla qarşılanmış, 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Respublikasınınn qurulması yolunda əhəmiyyətli addım atılmışdır. Məclis və hökümət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib tətbiqinə başlamasını təmin etmişdir.

Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri:

* Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi.
* Çukurova, Qaziantep, Kahramanmaraş və Şanlıurfa müdafiələri (1919-1921).
* I İnönü zəfəri (6-10 Yanvar 1921).
* II İnönü zəfəri (23 Mart-1 Aprel 1921).
* Kütahya-Eskişehir Döyüşləri.
* Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921)
* Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 Avqust - 9 Sentyabr 1922)

Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 İyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatdı. Beləliklə Sevr Müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.

1 Noyabr 1922-ci xilafət və monarxiya birbirindən ayrılmış, monarxiya ləğv edilmişdir. Beləliklə Osmanlı İmparatorluğu ilə əlaqələr kəsilmişdir. 29 Oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Respublikanın ilk höküməti qurulmuşdur. Türkiyə Respublikası, "Hakimiyyət qeydsiz şərtsiz millətindir" və "Yurdda sülh, dünyada sülh" ideolojik əsasları üzərində qurulmuşdur.

1923 - 1938

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.

15-20 Oktyabr 1927-ci ildə Qurtuluş Mübarizəsindən və Respublikanın quruluşundan bəhs edən Böyük nitqi, 29 Oktyabr 1933-ci ildə də 10-cu İl Nitqini söyləmişdir.

29 Yanvar 1923-cü ildə Latife Xanımla evlənmiş, bu evlilik 5 Avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.

Familiya qanununa görə, 24 Noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" familiyası verilmişdir.

Fransız və Alman dillərini bilirdi.

10 Noyabr 1938 saat 9:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat etmişdir. Cənazəsi 21 Noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, Movzoleyi tikildikdən sonra 10 Noyabr 1953-ci ildə oraya köçürülmüşdür.

İnqilab və İslahatlar

Atatürk, Türkiyəni "Müasir mədəniyyət səviyyəsinə çıxartmaq" məqsədi ilə bir çox inqilab və islahatlar həyata keçirmişdir. Bunlar beş ana başlıq altında toplana bilər:

Siyasi sahədə

* Monarxiyanın ləğvi (1 Noyabr 1922)
* Türkiyənin respublika elan edilməsi (29 Oktyabr 1923)
* Xilafətin ləğvi (3 Mart 1924)

İctimai sahədə

* Qadınlara və kişilərə bərabər haqlar verilməsi (1926-1934)
* Papaq və paltar inqilabı (25 Noyabr 1925)
* Təkkə, zaviyə və türbələrin bağlanması (30 Noyabr 1925)
* Familiya qanunu (21 İyun 1934)
* Ləqəb və titulların ləğvi (26 Noyabr 1934)
* Beynəlxalq saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931)
Hüquq sahəsində

* Osmanlı Məcəlləsinin ləğvi (1924-1937)

Təhsil və Mədəniyyət sahəsində

* Tədrisin birləşdirilməsi (3 Mart 1924)
* Yeni Türk əlifbasının qəbulu (1 Noyabr 1928)
* Türk Dil və Tarix qurumlarının təşkili (1931-1932)
* Universitet təhsilinin nizamlanması (31 May 1933)
* İncəsənətdə yeniliklər
İqtisadi sahədə

* Kəndlilərdən alınan Onda bir vergisinin ləğvi (1925)
* Fermer fəaliyyətinin təşviqi
* Nümunəvi fermer təsərrüfatlarının qurulması
* Sənaye Təşviq Qanununun qəbul edilərək sənaye obyektlərinin qurulması
* I və II İnkişaf Planlarının (1933-1938) tətbiq edilməsi, ölkədə yeni yolların salınması

Əsərləri

* Tâbiye Meselesinin Halli və Emirlerin Suredi Tahririnə Dair Nesayih
* Takımın Muharebe Talimi (Alman dilindən tərcümə-1908)
* Cumalı Ordugâhı - Süvari: Bölük, Alay, Liva Talim və Manevraları (1909)
* Tâbiye və Tatbikat Seyahadi (1911)
* Bölüğün Muharebe Talimi (Alman dilindən tərcümə-1912)
* Zabit və Kumandan ile Hasbihal (1918)
* Nitq (1927)
* Vətəndaş üçün Mədəni Bilgilər (1930)
* Həndəsə (1937)

[Resim: 7903atamizindeyizby5hs7.jpg]
07-11-2009 08:30 PM
Bu kullanıcının gönderdiği tüm mesajları bul
Teşekkürlerin: sucukludondurma
Bu mesaji bir cevapta alıntı yap
Mesaj önizleme  Konuyu Gönder 


Bu Sayfayı Paylaş
Facebook'a Ekle Google Ekle Yumile Ekle Yahoo Ekle Msn Ekle Netspace Ekle Ask Ekle Clesto Ekle Digg Ekle Reddit Ekle Furl Ekle Del.icio.us Ekle Jeqq Ekle Spurl Ekle Technorati Ekle Newsvine Ekle Simpy Ekle BlinkList Ekle Shadows Ekle

[-]
Anahtar Kelimeler
Anahtar Kelimeler:
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
Konu İsmi: Atatürk'ün Hayatı (Azerice) -Yazar: yetişbey
Atatürk'ün Hayatı (Azerice) Full Indir Atatürk'ün Hayatı (Azerice) Full Dinle Atatürk'ün Hayatı (Azerice) Full Izle Atatürk'ün Hayatı (Azerice) Download Atatürk'ün Hayatı (Azerice) Yükle Atatürk'ün Hayatı (Azerice) Free Download Atatürk'ün Hayatı (Azerice) ne demek Atatürk'ün Hayatı (Azerice) nasil oluyor Atatürk'ün Hayatı (Azerice) ücretsiz indir Atatürk'ün Hayatı (Azerice) fragmani Atatürk'ün Hayatı (Azerice) Film Atatürk'ün Hayatı (Azerice) Müzik Atatürk'ün Hayatı (Azerice) mp3 Atatürk'ün Hayatı (Azerice) Videolari Atatürk'ün Hayatı (Azerice) Resimleri Atatürk'ün Hayatı (Azerice) Dizileri Atatürk'ün Hayatı (Azerice) hack Atatürk'ün Hayatı (Azerice) hatasi Atatürk'ün Hayatı (Azerice) Cözüm nedir Atatürk'ün Hayatı (Azerice) ne demek Atatürk'ün Hayatı (Azerice) nasil Atatürk'ün Hayatı (Azerice) Program Atatürk'ün Hayatı (Azerice) Kurulum Atatürk'ün Hayatı (Azerice) divx
Atatürk'ün Hayatı (Azerice) rapidshare premium

Benzer Konular...
Konu: Yazar Cevaplar: Gösterim: Son Mesaj
  Atatürk'ün Balıkesir Hutbesi gewezee 2 81 23-04-2010 01:16 AM
Son Mesaj: Malazgirt
  Atatürk'ün Eğitim Ordusu Öğretmenlere Söylevi gewezee 0 14 22-04-2010 09:17 PM
Son Mesaj: gewezee
  Atatürk'ün kendi sesinden 45'lik plak yasin606 1 237 23-03-2010 05:55 PM
Son Mesaj: Mudanya
  Atatürk'ün Namaza bakışı Malazgirt 1 213 23-03-2010 05:54 PM
Son Mesaj: Mudanya
  Atatürk'ün CHP Kurultayı A çılış Konuşması yetişbey 1 39 23-03-2010 05:43 PM
Son Mesaj: Mudanya
  Atatürk'ün bizzat şeref verdikleri ilk ve tek Türk musikisi konseri yetişbey 1 24 23-03-2010 05:13 PM
Son Mesaj: Mudanya
  Atatürk'ün ilk baş kaldırışı yetişbey 1 109 23-03-2010 05:09 PM
Son Mesaj: Mudanya
  Atatürk'ün özlemleri yetişbey 1 41 23-03-2010 05:04 PM
Son Mesaj: Mudanya
  Atatürk'ün kullanmış olduğu tüm eşyalarının resimleri. Malazgirt 2 857 30-01-2010 06:52 PM
Son Mesaj: luvfist
  Atatürk'ün Hayatı (Rusça) yetişbey 0 37 07-11-2009 08:31 PM
Son Mesaj: yetişbey

Foruma Git:


MyBB Group©2002-2009
Türkçe Çeviri

Sanal alemdeki gerçek adres... |Hackturk Forum | | www.forummsitesi.com | HaytaGençlik | Triplere girin :) | film izle